Bazar ertəsi, 29 Aprel

"Mançester Yunayted" ayrı-seçkilik edir? - Afrikalı futbolçu açıqladı

image

Fransa "Marsel"ində icarə əsasında çıxış edən Erik Bayi müqavilə ilə məxsus olduğu İngiltərənin "Mançester Yunayted" klubunu ayrı-seçkilikdə günahlandırıb.

Xəbər verilir ki, kot d İvuarlı müdafiəçi "The Telegraph" nəşrinə açıqlamasında "qırmızı şeytanlar"ın əsasən yerli futbolçulara üstünlük verdiyini söyləyib.

28 yaşlı oyunçu bildirib ki, hamı eyni şansı qazanmalıdır: "Rəqabət paltardəyişmə otağından başlayaraq təşviq edilməli, klub yalnız bir neçə futbolçunun qeydinə qalmamalıdır. Həmişə hiss etmişəm ki, "Mançester Yunayted"də ingilis oyunçular prioritetdir. Bu, komandanı zəiflədir. Amma "Çelsi"də və ya başqa böyük klublarda belə deyil. Xoşbəxtlikdən, Erik ten Haq güclü xarakterə malikdir. Ümid edirəm ki, o, vəziyyəti müsbətə doğru dəyişəcək".

Qeyd edək ki, Erik Bayi cari mövsümün sonunadək "Marsel"in formasını geyinəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39